Eldar Əhədov həm markşeyderliyi, həm də şairliyi necə bacarır?
Müəllif: Azhar NƏBİ Bakı
Eldar Əhədov Rusiya Yazıçılar İttifaqının üzvü, dörd dəfə «Rusiyanın gümüş qələmi» və «Rusiyanın qızıl qələmi» milli ədəbiyyat mükafatlarının, iki dəfə «Sulh naminə» mükafatının laureatı və bir çox digər ümum-Rusiya müsabiqələrinin mükafatçısıdır. O, «Mənim əlifbam», «Çin yuxu», «Skrijali vetra», «Daş əlifba», «Mənim gözlərimə bax», «Molitva o tebe», «Sevgi kitabı» «Derjavnıy panteon», «Slavənskiy panteon», «Neneükiy panteon» və bir sıra digər kitabların müəllifidir, əsərləri ABŞ, Bolqarıstan, İsrail, Ukrayna Azərbaycanda nəşr edilib.
E. Əhədov Leninqrad Mədən İnstitutunu bitirib. 1986-cı ildən Krasnoyarsk şəhərində yaşayır. Yaradıcı fəaliyyətlə yanaşı, ixtisası üzrə də işləyir.
- Eldar müəllim, şəhərli ola-ola, markşeyder olmağa necə qərar verdiniz?
- 1978-ci ildə Leninqrad Mədən İnstitutuna daxil oldum. Məsələ ondadır ki, o zaman Azərbaycanın rəhbəri Heydər Əliyeviç Əliyevin şəxsi təşəbbüsü ilə bir çox gənclərimiz, qızlarımız ali təhsil almaq üçün Sovet İttifaqının ən yaxşı ali məktəblərinə üz tuturdular. 1969-1982-ci illərdə SSRİ-nin ali məktəblərində oxumaq üçün 15 mindən artıq şəxs respublikanı tərk etmişdi. Bu, ölkə rəhbərliyinin Azərbaycan gəncliyinə qayğısının ifadəsi idi. Həmin gənclərin sırasında mən də var idim.
Markşeyder ixtisası olmadan mədən işlərinin təcrübəli şəkildə aparılması, faydalı qazıntıların hasilatı mümkün deyil. Markşeyder bütün yeraltı işlərə istiqamət verir. Sadə dildə desək, qazıntının harada aparılmalı olduğunu göstərir…
- İnstitutu bitirdikdən sonra Azərbaycanda işlədiniz?
- Bəli, Azərbaycan SSR Geologiya İdarəsində işləmişəm. Vaxtımın çoxunu Kiçik Qafqazın dağlıq ərazilərində, Böyük Qafqaz silsiləsində - Şamxor (indiki Şəmkir - müəl.), Balakən, Zaqatala rayonlarında keçirmişəm - həm torpağın üzərində, həm də altında.
- Bəs, necə oldu ki, gedib Sibirə çıxdınız?
- Çox sadə. O zaman SSRİ vahid bir ölkə idi. Ailə qurdum və biz gənc komsomolçu ailə kimi valideynlərimizdən ayrı, müstəqil yaşamaq qərarına gəldik və beləcə, gedib Sibirə çıxdım.
- İsti Bakıdan sonra, qar bürümüş Sibirdə yaşamaq çətin olmadı ki?
- Uşaq vaxtı uzun müddət tatar olan nənəmin yanında, Penza vilayətinin kəndində yaşamışam. Orada qara, xizəkdə gəzməyə öyrəşmişdim. Məktəbi bitirdikdən sonra, Bakının layihə institutlarının birində çalışarkən, Leninqrad institutuna daxil oldum. Onda artıq qara, şaxtaya öyrəşmişdim.
İndinin özündə də Sibirdə çox həmyerlimiz yaşayır. Tümen neftini ilk dəfə aşkar etmiş Fərman Salmanov kimi azərbaycanlılar isə orada yaşamaqla yanaşı, digər millətlərin nümayədələri üçün nümunə idilər.
- Deyirlər, Sibirdəki iki çayı xəritəyə siz salmısınız və onlara sizin adınız verilib...
- Topoqrafik partiyanın rəhbəri idim. Partiyam Sayanın az öyrənilmiş rayonlarının birində işləyirdi. Sibirdə belə bir dağlıq bölgə var. Ərazinin öyrənilməsi zamanı aydın oldu ki, oradakı Teploy çayının iki real qolu xəritədə göstərilməyib. Onları ilk dəfə mən aşkara çıxardığımdan, bu qollara mənim adım verildi.
- Maraqlıdır, özünüzdə markşeyderliklə şairliyi birləşdirməyə necə nail olursunuz? Axı, bunlar tamamilə fərqli sahələrdir…
- Bunun biri digərini tamamlayır. Günümü kabinetdə keçirən şərqşünas olsaydım, gördüklərimi görməz, yaşadıqlarımı yaşamazdım. Həyat təcrübəmdən öyrəndiyim həyatı öyrənə bilməzdim. Mənə ən səriştəli oxucularla belə, eyni səviyyədə ünsiyyət saxlamağa imkan verən məhz bunlardır.
- Çoxdan yazırsınız?
- 1968-ci ildən - 8 yaşımdan.
- Yazıçılıq əməyi sizin üçün nədir?
- Yazıçılıq əməyi ərköyünlük yox, əsl əməkdir. O, şıltaqlıq, naz etmək deyil.
- İlk «senzor»unuz kim olub?
- Mənim senzorum olmayıb, müəllimlərim olub və onlar təcrübələrindən mənə çox şey öyrədiblər. Onlar mənə doğru yolu öyrətməyib, sadəcə, istiqamət veriblər. Əlbəttə ki, bu, Səməd Vurğunun məşhur tərcüməçisi Vladimir Qafarov və tanınmış uşaq şairi Mixail Yasnov idi. Onlar mənim Bakı və Leninqradda iştirak etdiyim ədəbi dərnəklərə rəhbərlik edirdilər. O zaman mən Bulat Okudjava və Mixail Dudinlə yazışırdım, dahi Süleyman Rüstəmlə ünsiyyətdə idim… Sonradan Viktor Astafyev və Timur Zülfüqarov kimi dünyasəviyyəli yazıçılarla ünsiyyət həyatımda dərin iz qoydu.
- Eldar müəllim, nə zaman yazırsınız? İstədiyiniz an?
- Çalışıram, «yalnız o zaman yaz ki, yazmaya bilmirsən» prinsipinə əməl edim.
- Bir gündə müəyyən həcmdə yazmaq üçün özünüsü «stula bağlayırsınızmı»?
- Heç vaxt. Amma xoşbəxtlikdən, uzunmüddətli işsizlik də olmayıb.
- Nədən ilham alırsınız?
- Yaşamaq sevgisindən.
- Bəs, stupor olurmu?
- Xeyr. Bürcüm su ünsürüdür. Su axır, maneələrin ətrafından keçir, yaxud üzərindən aşır.
- Yazmaq üçün fantaziyadan başqa nə tələb olunur?
- Səbir və sevgi.
- Yazıçı kimi sizin üçün ən böyük mükafat nədir?
- Oxucular.
- Eldar müəllim, çoxlu sayda mükafatınız var. Onlara necə yanaşırsınız?
- Həyatın unudulmaz anlarına yanaşdığım kimi. Onların hər birinin arxasında nəhəng emosional bir təbəqə, qat dayanır.
- Hazırda nəyin üzərində işləyirsiniz?
- Planlar çoxdur. Ötən il 12 kitabım çıxıb. Bu il nə qədər yazacağımı bilmirəm. Yazılmalı olan mövzular isə var və olacaq. Bu məsələdə mövhumatçı deyiləm. Lakin söz verdimsə, mütləq yazmalıyam. Çünki sözümə hörmət edirəm. Yaradıcılıq isə elə prosesdir ki, hansısa öhdəlikdən yox, sevgidən baş verir.
http://regionplus.az/az/articles/view/5873