Allahım, Sənə yalvarıram, hal-hazırda bu sətirləri oxuyan şəxsə Səndən xahiş etdiyi hər şeyi əta et! Bunu ona tam şəkildə ver, çünki yalnız Sən bu cür əta etməyə qadirsən! Və qoy o həyatının bütün günlərində, və əgər mümkün olmazsa, heç olmasa müəyyən həddə xoşbəxt olsun. Ona möhkəm can sağlığı və yaxınlarının məhəbbətini, onlar tərəfindən anlayışla qarşılanmaq və mərhəmət hissi qismət et… Elə et ki, onun qəlbi bütün mövcudiyyətə yalnız məhəbbətlə alovlansın. Onu təhqiredici sözlərdən, haqsızlıqlardan və paxıllıqlardan, müharibə və ölümlərdən, cismani və ruhi ağrılardan hifz et. Hətta bütün bunlar qaçılmaz olsa belə, o zaman da onu tərk etmə, ona təsəlli ver. Ona yer üzərində qiymətli, əziz olan hər şeyi onun üçün hifz et. Əgər bu barədə xahiş etmək gecdirsə, onu hafizəsindən məhrum etmə … Bu duanı hal-hazırda oxuyan şəxsin Sənə inanıb inanmadığı mənə məlum deyil. Hətta əgər inanmırsa belə: ona yardım et! Qoy o yalnız olmadığını, lazımlı insan olduğunu və sevildiyini hiss etsin... Mənim mərhəmətli və rəhmli Allahım! Mənim bu arzumu yerinə yetir! Elə yerinə yetir ki, gözlərimi yummazdan öncə: “Sənə Şükürlər olsun, Allahım! Sən dualarımı eşidirsən...” deyə bilim!
Перевод Иса Ахадов
Перевод Иса Ахадов